Türkiyə Silahlı Qüvvələrinin Afrin əməliyyatına başlamasından təşvişə düşən PKK terrorçuları yeni müttəfiqlər axtarışına başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-dan alacağı dəstəyin yetərli olmayacağını başa düşən terrorçular Rusiyaya yalvarışdan nəticə əldə edə bilməyincə, bu dəfə ərəb ölkələrinə müraciət ediblər.
İlkin məlumatlara görə, fələstinlilərə yardım üçün 1 dollar belə xərcləməyən Səudiyyə Ərəbistanı, Misir və BƏƏ PKK silahlılarına yardım göndərməyə razılıq verib.
Bundan başqa, ABŞ rəhbərliyinin İŞİD terrorçularından alınaraq, PKK-ya verilən Rakka şəhərinin yenidən inşası üçün 1 milyard dollar ayırdığı bildirilir.