Yolu keçmək istəyən gənc qızın ehtiyatsızlığı az qala həyatı bahasına başa gələcəkdi.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Çində olub.
Yolu keçən piyada qızı sərnişin avtobusu vurub. Yerə yıxılaraq huşunu itirən zərif cins nümayəndəsi onu daha ağır faciənin gözlədiyini təsəvvür edə bilməzdi. Svetoforda dayanmış avtomobillərdən biri hərəkət edərək, yerə yıxılmış qızın üstündən keçib.
Xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olub.
Həmin görüntüləri təqdim edirik: