Almaniyanın ifrat sağçı partiyası Almaniya üçün Alternativ (AfD) Partiyasının Brandenburq əyaləti üzrə nümayəndəsi Artur Vaqner İslamı qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə A.Vaqnerin özü məlumat verib. O, İslamı qəbul etmənin şəxsi məsələ olduğunu bildirib.
AfD-nin digər nümayəndəsi Andreas Kalbitz də müsəlmanlığı qəbul etdiyini bildirib.
O, “Maerkische Allgemeine Zeitung” qəzetinə açıqlamasında insanların dini seçim məsələsində sərbəst olduqlarını və bunun partiyanın digər üzvlərinə heç bir narahatlıq yaratmadığını bildirib.