İŞİD terror təşkilatının “səhiyyə naziri” kimi təqdim olunan silahlısı Kefah Bəşir Hüseyn yaxalanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Türkiyə polisinin Şanlıurfada keçirdiyi əməliyyat zamanı ələ keçib.
Onunla yanaşı İŞİD-in 13 terrorçusu da saxlanılıb.
Bəşir Hüseynin uzun müddət axtarışda olduğu bildirilib.