Suriya insan haqları müdafiə cəmiyyəti Bəşər Əsəd rejimi tərəfindən blokadaya alınan Şərqi Cuta bölgəsinə 29 dekabrdan bu yana havadan və qurudan edilən hücumlar nəticəsindən 53 uşaq olmaqla 216 mülki şəxsin öldürüldüyünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Şərqi Cutanın Beyt Sava, Merc, Arbin və Kefer Batna bölgələri də bu günlərdə Əsəd rejiminin artileriya və raket hücumlarına məruz qalır.
İnsan haqları müdafiə cəmiyyətinin illik hesabatına görə, Şərqi Cuta bölgəsində 2017-ci ildə 12 mülkü müdafiə qrupunun əməkdaşı daxil olmaqla ümumilikdə 1337 mülkü insan öldürülüb.
Müxalifətin nəzarətində olan Şərqi Cutada 400 min insan yaşayır. Buranın Astana danışıqları zamanı təhlükəsizlik bölgəsi elan edilməsinə baxmayaraq Bəşər Əsəd rejimini son 9 ayda əraziyə hərbi hücumlar təşkil edir.