İsrail Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatı Kremlin mətbuat katibi Dmitri Peşkov yayıb.
Onun sözlərinə görə, yanvarın 29-da baş tutacaq görüş zamanı liderlər ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.