25 Yanvar 2018 23:57
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya rəsmiləri məlumat verib.

Səfərin dəqiq tarixi açıqlanmayıb.

Qeyd edək ki, Trampın fevral ayında Britaniyaya səfər edəcəyi planlaşdırılsa da, sonradan bu səfər ləğv edilib. Davosda İngiltərənin baş naziri Tereza Meylə görüşən Tramp birgə mətbuat konfransında iki ölkə arasındakı münasibətlərin möhkəmliyini nəzərdə tutaraq "sizə bir şey olsa, yanınızdayıq, sizin üçün mübarizə aparacağıq", deyə bildirib.

Qeyd edək ki, 2017-ci ilin yanvarında Britaniya kraliçası II Elizabet Trampı ölkəsinə dəvət etmişdi. Amma İngiltərə ictimaiyyətindəki təpki üzündən səfər təxirə salınıb.

Trampın Britaniyaya səfər etməməsi üçün 2 milyon imza toplanıb. Parlamentin sədri Con Berkov isə bildirib ki, əgər Tramp Londona səfər etsə onu çıxış üçün parlamentə dəvət etməyəcək.

Trampın ötən il İngiltərənin ifrat sağçı qrupuna məxsus İslamofobik videoları Tvitter hesabında paylaşması da ingilisləri qəzəbləndirib.

İki ölkə arasındakı münasibətlərə əsasən İranla əldə edilən nüvə anlaşması və Qüdsün statusu ilə bağlı fikir ayrılığı kölgə salır.


Müəllif: Ayxan

Oxşar xəbərlər