ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın İTV telekanalına müsahibə verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, müsahibəsində Böyük Britaniyanın Baş naziri Tereza Meylə münasibətindən danışıb:
“Bizim çox yaxşı münasibətimiz var. Mən onun gördüyü işlərin əksəriyyətini dəstəkləyirəm. Əgər lazım olsa, ABŞ Böyük Britaniyanı müdafiə etməyə hazırdır”.