GPS xidməti göstərən idman proqramı "Strava"nın xəritəsində ABŞ-ın gizli hərbi bazalarını göstərməsi Pentaqonda narahatlıqla qarşılanıb. Teleqtaf.com xəbər verir ki, ABŞ müdafiə naziri Jim Mattis Pentaqona ağıllı telefonlar, saatlar daxil edilməsinə qadağa qoyulması təklifilə çıxış edib.
22 min şəxsin çalışdığı Pentaqonun binasına telefon daxil edilməsinə qadağa qoyulmasına dair təklif hazırda müzakirə olunur. Yaxın gələcəkdə qərarın açıqlanacağı bildirilir.
Nazirlikdən təhlükəsizliklə bağlı məsələlərə önəm verdikləri bildirilsə də, qeyd olunan qadağa barədə konkret söz deyilməyib.
Qeyd edək ki, "Strava" tətbiqində ABŞ-ın dünya üzrə hərbi bazalarının ünvanı dəqiq göstərilib. Fakt ortaya çıxandan sonra Pentaqon məsələ ilə bağlı araşdırmalara başlayıb.