2 Fevral 2018 00:40
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Los-Anceles şəhərində məktəbli qız sinifdə odlu silahdan atəş açıb, nəticədə 2 yeniyetmə yaralanıb.

Teleqraf.com-un verdiyi xəbərə görə, yaralananlardan birinin vəziyyətinin kritik olduğu bildirilir. 15 yaşlı məktəblinin başından ağır yaralandığı bildirilir. Digər məktəbli isə qolundan yaralanıb.

Daha bir neçə nəfər isə şüşələrin sınması nəticəsində yüngül xəsarət alıb.

Atəş açan qız saxlanılıb. (APA)


Müəllif: Teleqraf.com