2 Fevral 2018 16:48
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Afrin əməliyyatları ilə bağlı yeni açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək və İŞİD terror təşkilatı ilə mübarizə haqqına sahib olduğunu bildirib.

Avropa mediası Makronun bu açıqlamasını geriyə ikinci addım kimi qiymətləndirib.

Qeyd edək ki, Makronun “Afrin əməliyyatları işğal məqsədi daşımamalıdır” fikri Ankaranın qəzəbinə tuş gəlmişdi. Bundan sonra Makron yeni açıqlama verərək, Türkiyənin əsas məqsədini anladığını bildirmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər