ABŞ Venesuela ilə neft alqı-satqısını azalda bilər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Reks Tillerson deyib.
O bildirib ki, ABŞ-ın ən böyük 3-cü neft tədarükçüsü olan Venesuelaya tətbiq ediləcək hər hansı sanksiyanın Amerikaya zərər verməməsi üçün həssas davranacaqlar.
Tillersonun sözlərinə görə, ABŞ Venesuelada azad seçkilərin keçirilməsinə böyük önəm verir və bu ölkədəki böhranın sona çatmasını istəyir.
Qeyd edək ki, Tillerson Argentinaya səfəri zamanı verdiyi açıqlamada Venesuela Prezidenti Nikolas Maduronu istefaya səsləmişdi. O, Maduronun istefa verməsinin Venesueladakı vəziyyəti normallaşdıracağını bildirmişdi.