Fevralın 3-də suriyalı müxaliflər tərəfindən İdlibdə vurulan Rusiyaya məxsus Su-25 qırıcısının pilotu mükaaftlandırılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatlara əsasən, mayor Roman Filipov ölümündən sonra “Rusiya qəhrəmanı” ordeni ilə təltif edilib.
Qeyd edək ki, hadisə zamanı katapult edərək xilas olmuş pilotun Rusiyanın terrorçu təşkilat kimi tanıdığı Nüsrə Cəbhəsi təşkilatının nəzarətində olan bölgəyə düşdüyü və sağ ələ keçiriləndən sonra öldürüldüyü, cəsədinin Rusiyaya gətirlməsi üçün danışıqlar aparıldığı bildirilmişdi.