5 Fevral 2018 22:58
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hollandiya problemlərin həlli istiqamətində gərəkən addımları atarsa, Türkiyə əlaqələri dəyərləndirməyə hazırdır".

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Hollandiyanın Türkiyə səfirini geri çağırmasına münasibət olaraq bildirib. Onun sözlərinə görə, 2017-ci ilin martında yaşanan böhrandan sonra Türkiyə-Hollandiya münasibətlərinin normallaşması üçün Ankara şərtlərini qarşı tərəfə çatdırıb. Həmin hadisələrdən sonra Türkiyə Hollandiya səfirinin Ankaraya vəzifə başına dönməsini arzu etmədiyini Amsterdama bildirib.

Aksoy, qeyd edib ki, həmin dönəmdən bəri Hollandiyanın Ankara səfiri Türkiyəyə gəlməyib: "Qarşıdakı dönəmdə Hollandiya tərəfinin münasibətlərin normallaşması yönündə gərəkən addımları atması fonunda Türkiyə iki ölkə arasındakı əlaqələri dəyərləndirməyə hazırdır".

Qeyd edək ki, ötən ilin martında Niderland hökuməti Rotterdama səfər etməyi planlaşdıran Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyub. XİN rəhbərinin səfərinin məqsədi Niderlandda yaşayan Türkiyə vətəndaşları arasında referendumla əlaqədar təşviqat aparmaq olub.


Müəllif: Ayxan

Oxşar xəbərlər