6 Fevral 2018 10:36
3 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO və Avropa Birliyinin qurucu üzvləri arasında olan Belçikanın YPG terror təşkilatına gizli dəstək verdiyi aydınlaşıb. Belçika kəşfiyyatı mütəxəssislərinin Brüsseldə YPG terrorçuları ilə görüşdüyü və onlara təlim keçdiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Belçikada həftəlik yayımlanan “Knak” dərgisi məlumat verib.

Nəşrin məlumatına görə, Belçika 2016-cı ildə YPG terrorçularına Şimali İraqda tibbi yardım göndərib, daha sonra isə təlim keçib.

Belçika kəşfiyyatının 8 yüksək rütbəlisi YPG ilə əməkdaşlıqdan narahatlığını ifadə edərək, istefa verdiklərini açıqlayıb.


Müəllif: Samir

Oxşar xəbərlər