Səudiyyə Ərəbistanı və İsrail arasındakı əlaqələrdə tarixi hadisə baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ər- Riyad rəhbərliyi Hindistanın paytaxtı Dehlidən Tel-Əvivə uçacaq “Air İndia” aviasiya şirkətinə məxsus təyyarələr üçün hava sahəsini açıb.
Bu razılaşma nəticəsində Hindistan və İsrail arasında uçuşların müddəti 2 saat qısalacaq.