7 Fevral 2018 17:10
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Dağıstan Respublikasının 3 nazirliyində axtarış aparılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.

Axtarışlar səhiyyə, təhsil və maliyyə nazirliklərində həyata keçirilib: “Axtarış işlərinə baş prokurorun müavini İvan Sıdoruk başçılıq edib”.

Mənbə axtarışlardan sonra saxlanılanların olacağını istisna etmir.

Qeyd edək ki, bir müddət öncə Dağıstan rəhbəri vəzifəsini müvəqqəti icra edən Əbdülsəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusifov, eləcə də Dağıstanın Təhsil naziri Şahbas Şahov saxlanılıb.

Onlara qarşı dövlət büdcəsini talama maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Samir

Oxşar xəbərlər