6 Avqust 2014 11:41
587

Gürcüstan XİN-in birinci müavini: “Yeni münaqişə ocağının olması maraqlarımıza cavab vermir”

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində – cəbhə bölgəsində baş verən son gərginliyə qonşu Gürcüstandan daha bir münasibət bildirilib.

Teleqraf.com “Qruziya-onlayn”a istinadən xəbər verir ki, ölkənin xarici işlər nazirinin birinci müavini David Zalkaliani baş verənləri şərh edərkən Gürcüstanın qonşusu olan iki ölkənin – Ermənistan və Azərbaycanın münaqişəli vəziyyəti həll edə biləcəklərinə əmin olduğunu bildirib. Nazir müavini qeyd edib ki, regionda yeni münaqişə ocağının olması Gürcüstanın maraqlarına cavab vermir: “Ancaq mən əminəm ki, bizim qonşularımız bu kritik vəziyyətdən çıxış yolu tapacaqlar. Mən əminəm ki, bu həftənin sonlarına təyin olunmuş görüş nailiyyətlərin əldə edilməsinə səbəb olacaq”.

Qeyd edək ki, bundan öncə Gürcüstan prezidenti Georgi Marqvelaşvili və xarici işlər naziri Maya Pancikidze də cəbhə xəttində baş verən gərginliyə münasibət bildirmişdilər.

Səxavət


Müəllif:
Загрузка...