ABŞ-ın İstanbul Konsulluğunda təhlükəsizliyə məsul olan Nazmi Mətə Cantürk yanvarın 31-də prokurorluğa təslim edilib.
Teleqraf.com xəbər verir ki, əvvəllər aparılmış araşdırma çərçivəsində Cantürkün həbsi haqda qərar qəbul olunub.
Onun 2008-2017-ci illərdə FETÖ-çülərlə çoxsaylı əlaqələri üzə çıxıb. Türkiyə hüquq-mühafizə orqanları Cantürkü axtarsa versə də tapa bilməyib.
Yanvarın 31-də isə ABŞ-ın İstanbuldakı Baş Konsulluğu Cantürkü Türkiyə prokurorluğuna təhvil verib. Cantürk İstanbul Prokurorluğunda sorğu-sual edilib, daha sonra elektron izləmə cihazı tətbiq edilməklə şərti azadlığa buraxılıb.
Nazmi Mətə Cantürk ifadəsində qeyd edib ki, Baş Konsulluqda diplomatik təhlükəsizliyə cavabdeh olan ABŞ federal polis təşkilatının zabitidir.
O, ABŞ Dövlət Departamentinin müxtəlif qurumlarında işləyib.