Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi 2018-ci ildə genişmiqyaslı hərbi əməliyyatlara səbəb ola bilər.
Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts çıxış edib.
Deniel Kouts ölkə Senatının Təhlükəsizlik komitəsinin iclasında illik hesabatla çıxışı zamanı bildirib.
Hesabatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri güzəştə getməyə tələsmirlər.
ABŞ kəşfiyyatının direktoru hesab edir ki, Azərbaycanda sabit hərbi modernləşmənin aparılması və Ermənistanın yeni rus silah sistemləri alması 2018-ci ildə böyük hərbi münaqişə ilə nəticələnə bilər.