Ukrayna Prezidenti Petro Poroşenko ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Prezident Administrasiyası məlumat yayıb.
Putin və Poroşenko Ukraynanın şərqindəki vəziyyət, Minsk danışıqları, girovların azad edilməsi və “Normand dördlüyü”nün növbəti görüşü məsələlərini müzakirə ediblər.
Telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, “Normand dördlüyü”nün xarici işlər nazirləri fevralın 16-da Münhendə görüşəcək.