ABŞ-ın maliyyə naziri Stiven Mnuçin prezidenti Donald Trampla Rusiyaya qarşı Maliyyə Nazirliyi tərəfindən hazırlanan yeni sanksiyaları müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bunu Stiven Mnuçin Senatda keçirilən dinləmələr zamanı deyib. Onun sözlərinə görə, prezident yeni sanksiyaları alqışlayıb: “Mən prezidentə sanksiyaların tətbiqi prosesinə dair məlumat verdim, o bunu alqışladı. Dövlət başçısı Rusiyaya qarşı sanksiyaların hazırlanmasını mənə həvalə edib. Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək. Bu qəti qərardır. Hazırda sanksiyaların tətbiqi ilə bağlı iş aparılır”.