Almaniyada PKK terror təşkilatına yaxınlığı ilə seçilən Demokratik Kürd Toplum Mərkəzi ilə bağlı qərar qəbul edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, mərkəz üzvlərinə fevralın 15-dən etiraz aksiyası və yürüşlər keçirmək qadağan edilib.
Məlumatlara görə, kürdlər fevralın 16-da Köln və Leverkuzen şəhərlərində Türkiyənin “Zeytun budağı” hərəkatına qarşı etiraz aksiyaları planlaşdırırmış.
Nümayişlərin yasaqlanmasına səbəb Almaniyada terror təşkilatı olaraq tanınan PKK-nın bayraqlarının qaldırılması və bunun qanun pozuntusu olmasıdır.