15 Fevral 2018 21:14
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko uşaqlıqda futbola olan sevgisindən bəhs edib.

Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, Belarus Futbol Federasiyasının məşqçi heyətinin hazırlanması və uşaq futbolunun inkişafı ilə bağlı hesabatını dinləyən Lukaşenko futbolla bağlı uşaqlıq xatirələrini danışıb: "O vaxt yeni top almaq mümkün deyildi. Cırılmış topları tikib oynayırdıq.Gecələr cırılmış topu tikirdim. Futbola böyük həvəsimiz vardı. İndi Futbol mütəxəssisləri işlərinə ciddi yanaşsaydılar biz dünya çempionu olardıq".

Lukaşenko əlavə edib ki, məşqçilər Ukraynada futbolun durumundan utanmalıdırlar: "Dövlət futbolun inkişafı üçün hər şeyi edir. Təkcə əsas heyət deyil, gənclər də pis oynayırlar. Belarus Futbol Federasiyasını yenidən formalaşdırmaq lazımdır. Rəhbərlikdə təmsil olunanlar yaxşı işləmirlər. Biz bu sahəyə həssas insanları tapmalıyıq. Uşaq futbolunun inkişafı üçün ciddi calışmalıyıq".


Müəllif: Ruslan

Oxşar xəbərlər