Almaniyada səfərdə olan Türkiyə Baş naziri Binəli Yıldırım kansler Angela Merkellə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, PYD təəssübkeşi olan jurnalistin təxribat xarakterli sualına Binəli Yıldırım tutarlı cavab verib.
Agid Nervey adlı müxbir Afrində guya dinc əhalinin öldürüldüyünü əks etdirən fotoları göstərərək Yıldırımdan olayı dəyərləndirməsini istəyib.
Baş nazir isə “Əlindəki fotolar saxtadır. Həqiqəti bilmək istəyirsənsə, Afrinə gəl”, deyə bildirib.
B.Yıldırım əlavə edib ki, Suriyadakı problemi Türkiyə yaratmayıb: "Miqrasiya problemini biz yaratmadıq. Biz sadəcə nəticələrə reaksiya veririk. 3,5 milyom miqrantı bağrımıza basdıq, çörəyimizi paylaşdıq. Bizə yanlış fotolar göstərən arxadaş bu gerçəkliyi görsün. Nə etdiyimizi bütün dünya görür. Alnımız ağ, üzümüz açıqdır".