19 Fevral 2018 18:23
2 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslandiya parlamentinə kişilərin sünnət olunmasını yasaqlayan qanun layihəsi təqdim edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, layihə qəbul edilsə, İslandiya sünnəti qadağan edən ilk Avropa ölkəsi olacaq.

Layihəyə əsasən, 18 yaşına çatmamış şəxslər həkim razılığı olmadan sünnət edilməyəcək. Qanun pozuntusuna yol verən şəxsi 6 ilə qədər həbs cəzası gözləyir.

Qanunun dini azadlığı pozduğu iddia edilir.

Qeyd edək ki, dünyada hər 3 kişidən biri sünnət edilib. Hazırda İslandiyada 1500 müsəlman, 250 yəhudi yaşayır.


Müəllif: Samir

Oxşar xəbərlər