Bir qədər öncə Kanada hökuməti Rusiyaya qarşı yeni sanksiya tətbiq edib.
Rəsmi Ottava bu dəfə yeni siyahıya bankların, tanınmış rusiyalı siyasətçilərın və bu ölkənin qabaqcıl şirkətlərinin adlarını daxil edib.
Qeyd edək ki, VTB, “Rosselxozbank”, “Bank Moskva” və Rusiya Milli Kommersiya Bankı (RNKB) qadağalarla üzləşən şirkətlərdəndir.
Bundan başqa, Kanada hökuməti Rusiyanın gəmiqayırma korporasiyasını və bir neçə gün bundan öncə Avropa Birliyinin lisenziya vermədiyi “Dobrolyot” aviasiya şirkətini bu sıraya aid edib. Beləliklə, yeni siyahıya 22 şikətin və 19 Rusiya vətəndaşının adları daxil edilib./axar/