ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra Rusiya hərbi sənaye kompleksi 3 milyard dollar itirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert deyib:
“Qadağalar “Amerikanın düşmənlərinə qarşı sanksiyalarla mübarizə” qanunu ilə tənzimlənir. Bu sanksiyalarla bəzi ölkələrin Rusiyadan mal almasını dayandırmışıq. Bu o deməkdir ki, Rusiya büdcəsinə daha az maliyyə gedir. Bu isə bizim uğurumuzdur”.