22 Fevral 2018 22:29
3 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur ufoloq Corc Qrehem ABŞ-ın Ay proqramı ilə bağlı yeni məlumat yayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, ABŞ-ın kosmik gəmisinin Aya enmə anını əks etdirən görüntüləri araşdırdığını bildirib:

“ABŞ-a məxsus “Apollon-15” gəmisinin enişi zamanı qəribə hadisə ilə qarşılaşdım. 1971-ci il iyulun 30-da çəkilmiş görüntülərdə astronavtlar Devid Skottun və Ceyms İrvinin Ayda barağı sancmaq üçün süxur axtardığı aşkar şəkildə görünür.

Çox təəccüblüdür ki, izləyicilərin bəziləri bir faktı hələ də aşkar etməyiblər. İrvin bayrağı yerə vuranda yaranan səs fərqi aydın nəzərə çarpır. Ayın atmosferi fərqli olduğu üçün səslər orada vakuumda olduğu kimi çıxmır. Bu isə NASA-nın növbəti yalanının üzə çıxması deməkdir”.


Müəllif: Samir

Oxşar xəbərlər