Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çexiyada həbs edilən PYD terror təşkilatının aparıcı simalarından olan Salih Müslimin Ankaraya təhvil veriləcəyinə ümidini ifadə edib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, S.Müslim Türkiyə tərəfindən beynəlxalq axtarışa verilmişdi. Onun Türkiyəyə təhvil verilməsi üçün hüquqi müstəvidə işlərə start verilib.
Ərdoğan AKP-nin Şanlıurfa təşkilatının üzvləri qarşısındakı çıxışında S.Müslimin həbs edildiyini və onun Türkiyəyə təhvil veriləcəyinə ümid etdiyini bildirib.