Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələr Şərqi Qutada hücumları davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, son 24 saat ərzində həyata keçirilən hücumlarda azı 10 dinc sakin həlak olub. Onlardan 9-u bir ailənin üzvləridir.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası fevralın 24-də Suriyada 30 günlük atəşkəs elan edilməsi ilə bağlı qərar qəbul edib.