28 Fevral 2018 00:13
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın paytaxtı Vaşinqtonda meydana tanınmış rusiyalı siyasətçi Boris Nemtsovun adı verilib.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, meydan, Rusiyanın Vaşinqtondakı səfirliyinin əsas girişinin qarşısında yerləşir. Bundan sonra Viskonsin Avenue küçəsinin Rusiya səfirliyinin qarşısından keçən hissəsi Nemtsovun (Boris Nemtsov Plaza) adını daşıyacaq.

Mərasimə təxminən 100-ə yaxın insan, o cümlədən ABŞ konqresinin üzvləri, Dövlət Departamentinin nümayəndələri, Rusiya diasporunun təmsilçiləri, eləcə də Nemtsovun qızı Janna qatılıb.

Daha əvvəl bu yerin adının dəyişdirilməsi haqqında qərarı Vaşinqton şəhər bələdiyyəsi qəbul etmişdi. Yerli hakimiyyət isə hesab edirdi ki, bu addım “demokratiya şəhərinin sədaqətini simvollaşdırır”.

Xatırladaq ki, Nemtsov 2015-ci ildə fevralın 28-də Moskvanın mərkəzində vurulmuşdu.


Müəllif: Kəmalə

Oxşar xəbərlər