Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ölkədəki qadınları təbrik etmək üçün qeyri-adi üsul seçib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, martın 8-də ölkədəki hər qadına 40 türkmən manatı (18,7 AZN) verilməsi ilə bağlı əmr imzalayıb.
Sənəd “Neytral Türkmənistan” qəzetində dərc edilib.