Rusiyanın əsas düşməni və ölkəyə qarşı ən böyük təhdid gerilikdir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin Federal Məclis üzvlərinə göndərdiyi məktubunda yer alıb:
“Vəziyyəti dəyişməsək, gerilik durmadan artacaq. Bu, xroniki xəstəlik kimidir, günü-gündən vəziyyət pisləşəcək və orqanizm daxildən məhv olacaq. İnkişafın elə dözümlülüyünü təmin etmək lazımdır ki, heç kim bizə müstəqil hərəkət etməyə mane olmasın”.