İŞİD terror təşkilatı ilə mübarizə aparan ABŞ rəhbərliyində koalisiya qüvvələri İraqda öz vəzifələrini başa vurub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İraqın millət vəkili Hişam əs-Suheyl deyib.
O bildirib ki, buna görə də koalisiya geri çəkiləcəyi təqvimi açıqlamalıdır: “Bir il, ya iki il... Nə qədər burada qalacaqları ilə bağlı isə İraq hökuməti qərar verməlidir”.
Qeyd edək ki, İŞİD əleyhinə ABŞ-ın rəhbərlik etdiyi koalisiya 2014-cü ildə yaradılıb.