2 Mart 2018 20:43
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Suriyadakı fəaliyyətilə əlaqədar ABŞ-dan yeni sanksiyalar gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə və Təhlükəsizlik üzrə Federasiya Şurası sədrinin birinci müavini Yevfeni Serebrennikov ABŞ-ın Rusiyanın Suriyadakı fəaliyyətinə görə rəsmi Moskvaya sanksiya tətbiq etmə ehtimalına münasibət bildirərkən deyib.

O bildirib ki, Rusiya ABŞ-ın yeni sanksiyalarına hazırdır.

Bundan əvvəl Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bəyan etmişdi ki, ABŞ Rusiyanın Suriyadakı fəaliyyətinə görə rəsmi Moskvaya qarşı "bir çox varianta", o cümlədən sanksiya tətbiq etmə məsələsinə baxır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər