Almaniya İkinci Dünya müharibəsi zamanı Polşaya 850 milyard dollar zərər vurub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Polşa parlamentinin deputatı Arkadiuş Mulyarçik məlumat verib:
“Almaniya bununla bağlı Polşaya kompensasiya ödəməlidir”.
Qeyd edək ki, Polşadan Almaniyaya oxşar tələblər bir neçə dəfə səsləndirilib. Ancaq Berlin bu təzminatı ödəməkdən boyun qaçırıb və Varşavanın tələbini qanunsuz sayıb.