Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunan vətəndaşlarını Vaşinqtona təhvil verməyəcək.
Teleqraf.com “Ria.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin NBC-yə müsahibəsində deyib.
Putin qeyd edib ki, Rusiya öz vətəndaşlarını harasa ekstradisiya etmir və etməyəcək də.
Putin əlavə edib ki, ittiham olunan şəxslər Rusiya hakimiyyətini təmsil etməyiblər: "Onların dəqiq nə etdiklərini mən bilmirəm".
Qeyd edək ki, ABŞ prokurorluğu sıralarında azərbaycanlının da olduğu 13 Rusiya vətəndaşı və 3 rus şirkətinə seçkilərə müdaxilə ittihamı ilə cinayət işi açıb.
İttiham aktına görə, Ceyhun Nəsimi oğlu Aslanov “Trol Fabriki” şəbəkəsinə rəhbərlik edib.