BMT-yə məxsus yardım karvanı Şərqi Quta bölgəsinə daxil olub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Röyter” məlumat yayıb. Karvan səhər saatlarında Şərqi Qutaya çatıb.
Bu arada, mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı yardım TIR-larındakı malların 70 faizinin Qutaya daxil olmasına icazə verilmədiyini bildirib. Bunun səbəbi açıqlanmır.
Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd rejimin Şərqi Qutanı bombalaması nəticəsində son 1 həftədə 700 nəfər həyatını itirib.