ABŞ-ın Türkiyədəki səfirliyi iki günlük fasilədən sonra sabah fəaliyyətini bərpa edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ səfirliyinin sözçüsü David Gainer bildirib. O, təhlükəsizliyi yüksək səviyyədə təmin etdiyi üçün türk polisə minnətdarlığını bildirib.
Qeyd edək ki, səfirik İŞİD-in Türkiyədə ABŞ vətəndaşlarına terror törədəcəyinə dair daxil olan məlumatlar əsasında fəaliyyətini iki günlük dayandırmışdı.