Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsinin mərkəzini mühasirəyə alıb.
Teleqraf.com xəbər verir ki, ətraf kəndləri terrorçulardan təmizləyən TSQ ötən gün PKK/PYD mövqelərinə sarsıdıcı zərbələr endirib, qazılmış qəndəkləri xüsusi vasitələrlə dağıdıb.
Terrorçular sağ xilas ola bilməyəcəklərini görüb könüllü şəkildə təslim olurlar.
Bölgədə "Zeytun budağı" əməliyyatı davam etdirilir.