18 Mart 2018 23:58
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə məxsus əmlak şirkətinin nümayəndələri Nyu York şəhər rəhbərliyini aldatmaqda ittiham olunurlar.

Teleqraf.com-un məlumatına görə, “Assoşieytid Press” agentliyi Trampın kürəkəni Cared Kuşnerin əmlak şirkəti “Kuşnes Kos”un 2015-ci ildə “Kuins” məhəlləsində 3 hündürmərtəbəli bina aldığını yazıb.

Xəbərə görə, bu binalardakı kirayənişinlərinin çoxunun hüquqları xüsusi qaydalarla qorunur.
Qaydalara görə, bina sahibləri kirayənişinləri çıxara və ya kirayə haqlarını qaldıra bilməz. Lakin Kuşnerə məxsus şirkət 2 il sonra binanı 60 milyon dollara, aldığı qiymətdən 2 qat baha satıb. “Kuşnes Kos”un satışla bağlı şəhər rəhbərliyinə verdiyi sənədlərdə göstərilib ki, binalarda hüquqları qorunan heç bir kirayənişin yoxdur.

ABŞ-da kirayənişinlərin hüquqlarını qoruyan “Housing Rights Initiative” təşkilatının qurucusu Eyron Kar isə bildirib ki, Kuşnerin şirkəti binaları alarkən orada qanunla hüquqları qorunan 94 kirayənişin olub. Onun sözlərinə görə, Trampın kürəkəni 2013-2016-cı illərdə Nyu Yorkdakı 34 bina üçün ən azı 80 dəfə inşaat işlərinin aparılması üçün icazə sənədində saxtakarlığa yol verib, müraciətlərin heç birində hüququ qanunla qorunan kirayənişinlərin olduğunu göstərməyib.

“Housing Rights Initiative” təşkilatının rəhbəri onu da qeyd edib ki, vergi bəyannamələri bu binalarda 300-dən çox bu vəziyyətdə olan kirayənişin yaşadığını sübut edir.

Kuşnerin şirkəti isə sözügedən iddialara cavab olaraq bəyan edib ki, bu sənədlər üçüncü şəxslər tərəfindən hazırlanır və müstəqil ekspertlər onu yoxlayır: “Əgər hər hansı yanlışlıq olarsa, qısa zamanda düzəldiləcək. Kuşner heç bir kirayənişini qanuni haqlarından məhrum etməz. Şirkət son 30 ildə minlərlə binanı çox az şikayətlə yeniləyib”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər