19 Mart 2018 13:12
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Polşanın “Pravna” qəzeti adını açıqlamadığı mənbəyə istinadla məlumat yayıb.

Buna səbəb kimi martın 11-də İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücumda Rusiyanın ittiham olunması göstərilib.

Polşa Böyük Britaniyaya dəstək məqsədi ilə ölkədəki rus diplomatlarını da qovacaq.

Qərar bu gün Almaniya kansleri Angela Merkel ilə Polşa Xarici İşlər naziri Mateuş Moravetskov arasında Brüsseldə keçiriləcək görüşdən sonra veriləcək.

Qeyd edək ki, məlum hücumdan sonra Britaniyanın Baş naziri Tereza Mey ölkədəki 23 rus diplomatının deportasiya ediləcəyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi də buna cavab olaraq, 23 ingilis diplomata ölkəni tərk etməsi üçün 1 həftə vaxt verib.


Müəllif: Samir

Oxşar xəbərlər