21 Mart 2018 11:37
2 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrovla yapon həmkarı Taro Kono səhər yeməyi zamanı zarafatlaşıblar.

Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Feysbuk səhifəsində yazıb.

Nazirlərin yemək yedikləri salonun pəncərəsindən qar yağıdğını görən Taro Kono deyib: "Cənab Lavrov, belə qəfil qar Rusiyanın işi ola bilər. Əvvəllər belə güclü qar yağmayıb. Yaponiyaya qarı siz gətirmisiz..."

Lavrov Taro Konoya zarafatla cavab verib: "Sizin seçkilərə müdaxilə edə biliriksə, iqlimə də müdaxilə edə bilərik..."

Zarafatdan sonra nazirlər qar yağan pəncərinin qarşısında şəkil çəkdiriblər.


Müəllif: Mahir

Oxşar xəbərlər