21 Mart 2018 15:14
3 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" hərəkatı çərçivəsində terrorçulardan azad olunan Afrində yeni faktlar ortaya çıxır.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Afrin şəhərinə girişdə, dağın ətəyində yerləşən, Kafr Cənnə deyilən ərazidə PKK və PYD rəhbərlərinin lüks villaları aşkarlanıb.

Bu ətrafda lüks villaların sayının yüzlərcə olduğu bildirilir.

Bu komfort həyatın bölgə əhalisindən yığılan bac-xərac hesabına təmin olunduğu isə şübhəsizdir.

Həmin villalardan birinin fotosunu təqdim edirik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər