Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan ABŞ-a gedib.
Teleqraf.com “Armenia Today”ə istinadən xəbər verir ki, D.Tonoyan ABŞ müdafiə katibinin müavini Evelin Farkas və dövlət katibinin müavinləri Qreq Kausner və Erik Rubinlə görüşüb.
Görüş zamanı Ermənistan-ABŞ hərbi əməkdaşlığı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Bundan əlavə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində – cəbhə xəttindəki vəziyyətə toxunulub. Tərəflər vəziyyəti sabitləşdirməyin, Minsk Qrupu çərçivəsində danışıqlar prosesini davam etdirməyin vacibliyini vurğulayıblar.
D.Tonoyan bundan əlavə, erməni-amerikan lobbist təşkilatı – “Ay dat” və Amerika Erməni Milli Assambleyasında görüşlər keçirib. “Ay dat” təşkilatının direktoru Aram Amparyan və Amerika Erməni Milli Assambleyasının icraçı direktoru Brayan Arduni ilə görüşündə də münaqişənin nizamlanması məsələsi müzakirə olunub.
Səxavət