Misirin Aleksandriya şəhərində minalanmış avtomobilin partlaması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.
Youm7 nəşrinin məlumatına görə, partlayış Muaskar əl-Rumani küçəsində baş verib.
Bundan öncə Misir Daxili İşlər Nazirliyi "Müsəlman qardaşları"na bağlı olan ekstremist qrupun üzvlərini həbs edib. Polisdən onların prezident seçkisi öncəsi ölkədə terror aktları planlaşdırdıqları bildirilib.