Sabah Bolqarıstanın Varna şəhərində Türkiyə-Avropa Birliyi (AB) zirvə görüşü keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, görüşə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, AB Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker qatılacaq.
Zirvəyə AB Şurasının dönəm rəhbəri, Bolqarıstan baş naziri Boyko Borisov ev sahiblik edəcək.
2 saat sürəcək görüşdə AB-Türkiyə münasibətləri iqtisadiyyat, ticarət, təhülkəsizlik, terrorla mübarizə də daxil olmaqla bütün spektrdə müzakirə olunacaq.
Qarşılıqlı tənqid və tələblər fonunda zirvə görüşünün gərgin keçəcəyi gözlənilir.