ABŞ vətəndaşı Mayk Huges Yer kürəsinin düz olduğunu sübut etmək məqsədilə özünün istehsal etdiyi raketlə səmaya uçub.
Teleqraf.com xəbər verir ki, bu zamanın onun başına başqa bir iş gəlib.
61 yaşlı Huges raketlə cəmi 575 metr göyə qalxa bilib. Kaliforniya ştatının Amboy bölgəsində yaşayan Huges Mojova adlı əraziyə düşüb. Maraqlıdır ki, Huges sağ qala bilib.
Onun yaralandığı və dərhal xəstəxanaya çatdırıldığı bildirilir.