Avropa Birliyi liderləri ilə Türkiyə rəhbərliyi arasında bu gün Bolqarıstanda keçiriləcək görüşdən əvvəl Avstriya baş naziri Sebastian Kurts bəyan edib ki, Brüssel Ankara ilə üzvlük müzakirələrini dayandırmalıdır.
Teleqraf.com xəbər verir ki, görüş öncəsi Sebastian Kurtsin bu bəyanatı ciddi siqnal kimi qəbul olunur.
Baş nazir deyib ki, insan haqları sahəsindəki durumu və demokratik prosedurların sistematik pozulmasını göz önünə alsaq, bu, Kopenhagen razılaşmasının pozulması deməkdir. Buna əsasən Avropa Birliyi ilə Türkiyə arasında üzvlük mövzusunda müzakirələr dayandırıla bilər.
Avstriyalı siyasətçi əlavə edib ki, Türkiyə Avropa Birliyinin əhəmiyyətli ortağıdır, Ankara-Brüssel münasibətləri yaxşı qonşuluq siyasəti çərçivəsində davam etdirilməlidir.